Show TV-nin fenomen serialı "Çukur" ötən gün sezon finalına çıxıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, baş rollarında Aras Bulut İynemli, Dilan Çiçek Deniz, Ercan Kesal, Perihan Savaş və Erhan Kolçak Köstendilin oynadığı serialın son bölümü reytinqdə birinci yerdə qərarlaşıb.

Hər kəsin maraqla izlədiyi "Çukur"un son səhnəsi isə təəccübləndirib. Sezon finalında serialın 13 aktyoru ölüb. İlk ölənlər Emrah (Alperen Duymaz) və Nazım (Ahmet Tansu Taşanlar) olub.

Çukur

Akşın ve Celasunun toyuna hücum təşkil edilib. Hücum nəticəsində Perihan Savaş (Sultan Koçovalı), Nebil Sayın (Muhittin), İrem Altuğ (Ayşe), Zeynep Kumral (Nedret), Cem Uslu (Metin), Uğur Yıldıran (Kemal), Aytaç Uşun (Meke), İlayda Alişan (Akşın), Kubilay Aka (Celasun), Ece Yaşar (Karaca) və Doğancan Sarıkaya (Acar) ölərək seriala vida ediblər.