Türkiyənin sevilən aktyoru Burak Özçivit və Kerem Bursinin çəkildiyi "Can Feda" filmi Almaniyada səs-küy doğurub.

Open.az xəbər verir ki, kinonun qalasına 4500 nəfər qatılıb. Lakin filmin 20 dəqiqəsi 18 yaşdan aşağılara uyğun olmadığı üçün kəsilib. Zalın çölündə qalıb içəri girə bilməyənlər isə dava salıb. Onlara başqa filmə getmələri üçün bilet verilsə də, izləyicilər biletləri cırıblar. Dava zamanı iki nəfər xəstəxanalıq olub.

Türk əsgərinin qəhrəmanlığı nümayiş olunduğu üçün filmə Almaniyada qadağa qoyulub.