Hollivud ulduzu Ancelina Colidən ayrıldıqdan sonra adı müxtəlif sevgi hekayələrində hallanan aktyor Bred Pitt yeni sevgilisi ilə görüntülənib.

Open.az xəbər verir ki, ilk dəfə birlikdə görünən cütlük Bredin izləyiciləri tərəfindən müsbət qarşılanmayıb. Aktyoru sevənlər onun yeni sevgilisini bəyənməyiblər.

Qeyd edək ki, aktyorun yeni sevgilisi İsrail əsilli 42 yaşlı Neri Oxmandır.