Dünya şöhrətli müğənni Britney Spears, Los Anceles Hava Limanında kameralara yaxalanıb.

Open.az xəbər verir ki, 2000-ci illərdə adı dillərə dastan olan Britney Spears, son halı ilə pərəstişkarlarını heyrətə gətirib.

Los Anceles Hava Limanında obyektivlərə yaxalanan Britney Spears, yorğun və dağınıq görüntüsü ilə diqqət çəkib.


Ulduz müğənni, günəş eynəkləri və qara papaqlı üst geyimi ilə özünü ələ verməməyə çalışsa da buna nail ola bilməyib.

Spears, təhlükəsizlik xidmətinin əməkdaşlarının pasport nəzarətindən sonra hava limanından ayrılıb.