Hollivud ulduzu Bred Pittin boşanmaq üzrə olduğu Ancelina Colidən olan uşaqlarına çox az miqdarda pul ödəməsi barədə xəbərlər yayılıb.

Open.az xəbər verir ki, bu xəbərləri Bred Pitt vəkili vasitəsi ilə yalanlayıb.

Aktyor uşaqları üçün 9 milyon dollardan artıq pul verdiyini söyləyib.

Pitt həmçinin bu cür xəbərlərin yayılmasının səbəbkarı kimi Ancelinanı göstərib.

O, keçmiş həyat yoldaşının belə xəbərlərlə məhkəmədə üstünlük əldə etməyə çalışdığını vurğulayıb.