ABŞ-ın Kaliforniya əyalətində hazırlanan və ilin ən böyük açıq hava festivalı olaraq tanınan “Coachella”nın açılışı olub. Hər il olduğu kimi dünyanın ən məşhur simaları sözügedən festivalda iştirak etmək üçün sıraya düzülüb.

Bu il də bütün məşhurlar öz geyimləri və çıxışları ilə rəqabətə girib. Festivalın ən möhtəşəm çıxışı və gözəçarpan geyimi isə Beyonsa məxsus olub.

Xatırladaq ki, ötən ilin iyun ayında əkizlərini dünyaya gətirən müğənni ana olduqdan sonra ilk dəfə böyük səhnəyə çıxıb.

Qeyd edək ki, festival 1999-cu ildən başlasa da, 2 illik fasilədən sonra 2001-ci ildə yenidən start götürüb.

Sözügedən festivaldan fotoları təqdim edirik: