Aktrisa Beren Saat həyat yoldaşı Kənan Doğulu ilə bir məkandan çıxarkən görüntülənib. Jurnalistlərin suallarını cavablandıran aktrisa Kvanç yenidən bir layihədə iştirak edəcəkləriylə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Open.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Kıvanç Tatlıtuğla yeni layihəsinin olub olmaması haqda danışıb. O, iddialara “Kıvançla yeni bir layihəmiz yoxdur” sözlərini deyərək son qoyub.

Qeyd edək ki, bir neçə gün əvvəl Kıvanç və Berenin yenidən eyni serialda rol alacağı haqda xəbərlər yayılmışdı.