Dünyaca tanınmış türk futbolçu Arda Turan müğənni Berkayla dalaşıb.

Open.az xəbər verir ki, məşhur məkanlardan birində baş verən davada Arda Berkayın burnunu qırıb. Müğənni hadisədən sonra həyat yoldaşı ilə birlikdə xəstəxanaya yollanıb. Arda Turan isə həmin məkanda əylənməyə davam edib.

İki məşhurun arasındakı davaya səbəb, Ardanın müğənninin həyat yoldaşına sataşması olub. O, müğəninin həyat yoldaşına "Çox gözəlsən, evli olmasaydın səni qaçırardım" sözlərini deyib.