Futbolçu Arda Turan restoranda döydüyü müğənni Berkayın yanına gedib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Arda Berkayın həyat yoldaşına sataşdığı üçün ondan üzr istəyib.

Müğənnidən onu öldürməsini istəyən Arda buna görə xəstəxanaya silahla daxil olub: “Berkay, onun sənin həyat yoldaşın olduğunu bilmirdim. Məni öldür. Çox peşmanam”.