Türk aktyor Hazım Körmükçü yaxın günlərdə evlənəcəyi nişanlısı Zeynep Tandoğanı döyərək, tanınmaz hala salıb.

Open.az xəbər verir ki, hadisədən sonra Körmükçü polis bölməsinə aparılıb.

Onun nişanlısı isə xəstəxanada müayinə olduqdan sonra, polisə gedərək şikayətçi olub.

Zeynep Tandoğan daha öncə də sevgilisi tərəfindən döyüldüyünü vurğulayıb.