Ötən gün saxlanılan türkiyəli ilahiyyatçı Adnan Oktarın Çengelköydəki lüks villası 17 saat davam edən axtarışlardan sonra möhürlənib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, axtarışlar nəticəsində evdən çoxlu sayda silah tapılıb.

Bomba mütəxəssisi itlərin də iştirak etdiyi axtarışlardan sonra villadakı 18 avtomobil Polis İdarəsinə aparılıb.

Polislər "Adnan Hoca"nın evinin qapısında dayanmağa davam edir.