Hüquq-mühafizə orqanlarının apardığı əməliyyat zamanı Türkiyənin məşhur ilahiyyatçısı və aparıcısı Adnan Oktar saxlanılıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, A.Oktar İstanbulun Çəngəlköy rayonundakı evində saxlanılan zaman müqavimət göstərib.

Onunla yanaşı 235 tərəfdarı da saxlanılıb. Onlar çirkli pulların yuyulması, azyaşlı uşaqlara təcavüz və təhdid etməkdə günahlandırılır.

Eyni zamanda ilahiyyatçının verilişlərini canlı yayımladığı A9 TV-də də əməliyyat keçirilib.

Adnan Oktar və yanındakılar haqqında polisə çoxsaylı şikayət edildiyi öyrənilib. Şikayət edənlərin arasında kiçik yaşda qız uşaqlarının ailələri, aldadılanlar, təşkilatdan ayrıldığı üçün böhtan və şantaja məruz qalanların yer aldığı irəli sürülüb.

****

Bu gün saxlanılan ilahiyyatçı Adnan Oktarın bütün sərvəti müsadirə olunub.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, onun şirkətlərinə qəyyum təyin edilib.

Eyni zamanda saxlanılan 235 nəfər tərəfdarın da sərvəti müsadirə olunub.

Adnan Oktar saxlanıldı - FOTO