Əməkdar artist Cavanşir Məmmədov Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində qonaq olub.

Open.az xəbər verir ki, müğənni proqram zamanı sevgi və xəyanət barədə maraqlı açıqlamalar verib:

“Sevgi elə-belə əmələ gəlmir. Sevmək hər gün, hər həftə olmur. Bir neçə dəfə insan həyatına gəlir. Əgər təpədən dırnağa qədər gəlirsə, həmişəlik qalır. Ailə qurursansa, sevgin uşaqlara keçir. Bir də var ki, sevgi xəbərin olmadan gəlir. Bax, o bir xəstəlikdir. Onun hələ müalicəsini heç bir təbib, alim, akademik tapa bilməyib. Hər insanın həyatında iki-üç dəfə güclü sevgi olur”.

Sənətçi daha sonra aparıcı-prodüser Tarix Əliyevin (Tolik) “Heç xanımınız kostyumunuzda pomada ləkəsi görüb?” sualını belə cavablandırıb: “Görüb, indi də görür. Nə deməlidir ki? İnsan ailə qurmadan öncə bunları düşünməlidir. Mən evlənmədən əvvəl ona sözümü demişəm. Tək dodaq boyasını evə gətirə bilərsən. Əsas kişi xəstəliyi evə gətirməsin. Biri gəlib səni dost kimi öpə bilər. Bu, köhnə bir ifadədir, əsl kişilər bilir. Yaxşı kişilər gəzəyən olur".