Müğənni Xuraman Şuşalı Space telekanalında yayımlanan “Onda başladıq” verilişinin qonağı olub.

Open.az xəbər verir ki, ifaçı Kamran Həsənlinin aparıcısı olduğu proqramda jurnalist İntiqam Valehoğlu ilə mübahisə edib.

Jurnalist X.Şuşalıya xınayaxdı aparmağa mənəvi haqqının olmadığını bildirib. Müğənni əsəbləşərək, jurnalisti mədəniyyətsiz adlandırıb. Bundan sonra studiyanı tərk edib:

“Mən sizin səviyyənizə düşüb, burada otura bilmərəm. Birinci insan olmaq lazımdır. Sizin mənə irad bildirməyə mədəniyyətiniz çatmır”.