Uzun müddətdir münasibətləri gərgin olan müğənni Xatun və rəqqasə Fatimə Fətəliyeva arasında yenidən soyuq müharibə başlayıb.

Open.az xəbər verir ki, Xatun sosial şəbəkədə Fatiməni rüsvay edib. O, bir neçə gün öncə verilişlərin birində dodağına silikon qoydurmadığını söyləyən Fatimənin bostanına daş atıb. Müğənni dodağı slikon olan bir şəxsin fotosunu paylaşaraq ifaçını yalançılıqda günahlandırıb.

Müğənni rəqqasəyə bəzi sirli ismarışlar da yollayıb:

“Bu fotonu gördüm, bir müğənnimi deyim, rəqqasəmi deyim, düşükmü deyim, afristmi deyim, ev yıxanmı deyim? Həmin şəxs yadıma düşdü. Bax bu fotonun eynisi məndə var. Çıxıb efirdə utanmaz-utanmaz yalan danışır, ağıl verir, akademiklik edir. Deyir mənim dodaqlarım anadan gəlmədi, silikonum yoxdur. Son xəbərdarlıq, sən bir də məndən danışsan, mənə şərlər atsan, müğənnilərə məndən yalan-yalan sözlər desən, onlarla aramı vurasan səni rüsvay etməsəm mənə də Xatun deməsinlər. Yanındakılara 2 dəfə xəbərdarlıq etmişəm. Bu da 3! Get yalan, bədbəxt həyatını yaşa, məndən əl çək”.

Müğənni bu paylaşımın altında “tula itdən mundar, yalan deyən rəqqasədir, bağ evində xəyanət, yalan aşk" həştəqlərini yazıb.

Xatun Fatiməni rüsvay etdi - “Bağ evində gizli eşqi...”