"N-Brothers" qrupunun sabiq-solisti Cəmil Dadaşov çoxillik yaradıcılıq fasiləsindən sonra səhnəyə qayıdıb.

Open.az xəbər verir ki, xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu C.Dadaşov səhnəyə qayıdan kimi qalmaqalla üzləşib.

O, ötən ay ARB-nin "Səhər-səhər" verilişində qonaq olub və erməni müğənninin repertuarında yer alan ifanı səsləndirib.

Cəmil Dadaşovun sözügedən videosu "YouTube" və sosial şəbəkədə müzakirələrə səbəb olub.

Mahnının erməni müğənni Saro Vardanyana aid olduğu bildirilib.