Müğənni Zeynəb Dostəliyeva ARB televiziyasında Rövşanə Bektaşinin aparıcılığı ilə "Sirdaş Rövşanə" verilişinə qonaq olub.

Open.az xəbər verir ki, müğənni qızının yoldaşının ağır xəstə olduğunu vurğulayıb:

"Mənim iki qızım var. Elə bil ikisinin də bəxti qara gətirib. Əlimdən gələni edirəm ki, qızımın ailəsi xoşbəxt olsun. İndi qızımın yoldaşı mədə xərçənginə yoluxub. Mən onun uşağına necə deyim ki, sənin atan pul qazanmır? Məcbur olub onun da ailəsinə baxıram".

Qeyd edək ki, Zeynəb Dostəliyeva xalq artisti Nazpəri Dostəliyevanın bacısıdır.