Xəbər verdiyimiz kimi, ötən gün Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasında Arzu Əhmədova adlı qızın relslərin üərində şəkil çəkdirməsi sosial şəbəkədə müzakirələrə səbəb olub.

Open.az xəbər verir ki, xalq artisti Flora Kərimova məsələ ilə bağlı "İnstaqram№ hesabında açıqlama yayıb.

Sənətçinin də sözlərinə görə, qızın fotosu "Qayınana" filminin çəkilişi zamanı baş verib

“Dünən qeyri-iş saatlarında metronun “Nəriman Narimanov” adına stansiyasında “Qayınana 2018” filminin çəkilişləri baş tutdu. Filmdə kütləvi səhnələrdə çəkilən gənc xanımın stansiyadan çəkilib sosial şəbəkələrdə paylaşılan fotosu bu gün mətbuat və sosial mediada tirajlandı və təəssüf ki, məlumat təhrif olundu. Əslində isə narahatlığa heç bir əsas yoxdur. Hamımız sağ-salamat, yüksək təhlükəsizlik şəraitində çəkilişləri uğurla yekunlaşdırdıq”.