Xalq artisti Fatma Mahmudova ağır avtomobil qəzası keçirib.

Open.az xəbər verir ki, o bu haqda ARB-nin “Səhər-səhər” verilişində danışıb. Aktrisa hazırda səhhətinin qaydasında olduğunu vurğulayıb:

“Bu yaxınlarda ağır bir qəza keçirtdim. Şükür edirəm ki, sağ-salamatam. Danışmaq istəmirəm, guya danışanda nə olacaq ki? Bir dəfə getdim ağır əməliyyat olundum, başıma bu iş gəldi. Guya noldu ki? Lazım deyil bu haqda danışmaq. Mən belə şeylərlə reklam olunmaq istəmirəm.Yetimə "can-can" deyən çox, çörək verən az olar”.