Azərbaycanlı müğənni Üzeyir Mehdizadənin mahnıları London küçələrində səslənir.

Open.az xəbər verir ki, bu barədə “BBC Azərbaycan”ın müxbiri Vüsal Həmzəyev məlumat verib. O, London küçələrində gəzinti zamanı İngiltərənin paytaxtında müğənni Üzeyir Mehdizadənin mahnılarına qulaq asıldığının şahidi olub:

“Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa Londonda Azərbaycan musiqisi sədaları altında gəzintiyə çıxaram”.

Qeyd edək ki, azərbaycanlı müğənni Üzeyir Mehdizadənin mahnıları uzun müddətdir ki, Azərbaycan cəmiyyətini iki yerə parçalayıb.

Belə ki, bir qrup onun mahnılarının bayağı olduğunu desə də, digərləri ona sevgi və rəğbətlərini ifadə edirlər.

Onu da əlavə edək ki, Üzeyir Mehdizadənin London küçələrində səslənən “Yaxşı olar” mahnısının klipi və klipsiz versiyası “YouTube”də 73 milyondan çox izlənmə sayı toplayıb.