Tanınmış prodüser Tolik (Tarix Əliyev) müğənni Elnarənin Röyaya ünvanladığı ismarıca münasibət bildirib.

Open.az xəbər verir ki, Tolik bu gün Elnarə Xəlilovanın İnstaqram hesabından Röyaya göndərdiyi ismarıca cavab verib. Prodüser Elnarənin ona ünvanladığı "Tolik bilmirdi sənin sifarişini yerinə yetirsin, yoxsa veriliş aparsın" sözlərinə diqqət çəkərək, "Mən bəlkə də bunu yazmayacaqdım, amma Elnarə, sənin paylaşımından sonra yazdım ki, lap əmin olasan. Allah insan qəlbini görür və onun müqabilində insana ruzi verir. Əməllərində kin, paxıl insanlar heç vaxt qabağa getmir. Bu gün mən veriliş aparıramsa və Röya ilə dostamsa bu o demək deyil ki, verilişimizə kiminsə sifarişi ilə mövzu qoyulur. Mən Allaha and içirəm ki, bu mövzu haqqında heç Röyayla danışmamışam. 2 bacıma qurban olsun bu dünyanın malı, onlar mənə hamıdan əzizdi. Amma sən burda haqqımıza girdin. Mən heç 3 gündü Röya ilə danışmamışam nə isə də deyim. Mövzunu ona görə qoyduq ki, sənin paylaşımından sonra aktual oldu bu mövzu" deyə bildirib.

Prodüser həmçinin, "Sənin pis xasiyətin var ki, illərdir ürəyində gizlətdiyin fanatlığını indi üzə çıxarırsan. Vaxt var idi ki, klubda çalışanda Aygün Kazımova ora gəlirdi, ona çay, kofe verirdim. Həyat elə gətirdi ki, prodüseri də oldum, verilişimə qonaq da gəldi. Həyat belədir. Röya sənin paltarını geyinə bilər, amma gör necə oldu. Üç nəfərin içində ali savadı olmasa da, sizdən zəif və kasıb olsa da, bu gün çoxlarından yuxarıdadır, dediyin kimi əməkdarların əməkdarıdır. Çünki bu adı illərlə əziyyət çəkərək, konsertlər verərək, evi, bağı olmalı vaxtda pulunu sənətə tökərək etdi. Röya bəziləri kimi sevgili sözü ilə sənəti atıb, kefə qaçmadı, sevgilinin yerinə sənəti seçdi. Bu gün plagiat da oxusa, milyonların sevimlisidir. Mənim də ali təhsilim yoxdur. Ancaq bir çox savadlı aparıcılardan yaxşı mövzu qoyub, veriliş aparıram” deyərək Röyanı müdafiə edib.