Prodüser, aparıcı Tarix Əliyev "Hər şey daxil" verilişində video-bloger Hüseyn Əzizoğlu haqda danışıb.

Open.az xəbər verir ki, Tolik efirdən kişilik dərsi keçənlər haqda sərt açıqlama verib. O, Hüseyn Əzizoğlunun da bostanına daş atıb:

“Kişilik efirə xas olmayan bir şeydir. Biz dədə-babadan kişiliyi başqa cür görmüşük. Kişilər həyətdə olar. Əlində siqaret olanda gizlədərsən ki, ağsaqqallar oturub. Hüseyn də o gün dedi ki, mən kişi deyiləm. Düz deyir. Hüseyn kişi deyil. hələ uşaqdır, böyüməlidir. Kişilik məktəbi əsgərlikdən sonra olur. Əsgər gedirsən, ayağın mazul bağlayır, dəmir qabdan yemək yeyirsən. Hamı efirdə kişilikdən dərs keçir. Ama “kişi” sözünün “k” hərfi bunlarda yoxdur”.