Müğənni Sevil və Sevinc Səfərova bacıları Rusiyada toyların birinə dəvət olunub.

Open.az xəbər verir ki, əkiz bacılar məclisdə mahnı oxuyarkən Rusiyanın tanınmış müğənnisi, aktyoru və aparıcısı Nikolay Baskov rəqs etməyə başlayıb.

Sözügedən andan görüntüləri Səfərovalar "İnstagram" hesabında paylaşıb.

Qeyd edək ki, toyda müğənni Xəyyam Nisanov da iştirak edib.