Əməkdar artist Röya Ayxan ötən gün “Baku.ws”in İnstaqram səhifəsinin canlı yayımında qonaq olub.

Open.az xəbər verir ki, müğənni aylardır ki, qalmaqal yaşadığı və məhkəməlik olduğu Aygün Bəylər barədə sərt açıqlamalar verib. Röya həmkarını tənqid etməkdən də çəkinməyib və onu ikiüzlü adlandırıb:

“Bu yaxınlarda bir müğənni heç özündə deyildi, çıxıb efirdə ağzına gələni danışdı. Səbail rayon Məhkəməsinin hakimi Zaur Əliyev də guya bizim istəyimizi rədd edib. Buradan ona müraciət edirəm. Siz hakim, mənə rədd cavabı necə verə bilərsiz? 200-300 min təzminat istəməmişəm. Bu təqhirə görə 50 min manat ən yüksək təzminatdır. Mənim anam, atam və ailəm var. O kimdir efirə çıxıb desin ki, bu sənətə hansı yolla gəldiyini bilirik. Hansı yolla?

Sən bizi yeməyə çağırdın, gəldik və bizi otaqda qarşıladın. Otağa dəvət etdin, amma girmədik. Bu yolu nəzərdə tutmusan? İnsanlar düzgünlüyü görməyəndə başqasına düşmən kəsilir. Mən onu bildim deyə düşmən kəsildi. Yoxsa bizdə hər şey yaxşı idi. O, ikiüzlüdür. Biz yemək yeyəndə demişdi ki, sən kişi kimi qızsan. Bəli, mən kişiyəm, amma sən yox. Papağını çıxart yerə qoy”.

Əməkdar artist küsülü olduğu həmkarı, xalq artisti Aygün Kazımova haqqında da açıqlama verib: "Aygün Kazımova əfsanədir. Amma mənə qarşı böyük kompleksi var. Çevirilişlər edib və tarix yazıb. Amma mənim 16 yaşımda olarkən çəkilən kadrları paylaşdı. Bu jestdir ki? Jesti mən edirəm, tədbirdə onu görəndə salam verirəm. "Altın Kelebek"i qazandım, paylaşardı, təbrik edərdi. Bax, onda deyərdim ki, mənə jest edib".