Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Open.az "Report"a istinadən xəbər verir ki, hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə xalq artisti Məleykə Əsədova və xalq artisti Ramiz Məlikin özlərinin də iştirak etdiyi elan olunub.

Məhkəmənin qərarına əsasən M.Əsədovanın apellyasiya şikayəti qismən təmin edilib. Qərara görə, R.Məlik M.Əsədov barədə dedikləri ilə bağlı təkzib dərc etməli və ondan M.Əsədovanın xeyrinə 1000 manat tutulmalıdır.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.