Dünyada olduğu kimi yerli şou-biznesdə də gözəlləşmək üçün plastik əməliyyat keçirən məşhurların sayı az deyil.

Onların bəzisi burnunu, dodağını əməliyyat etdirir, yaxud dərisini dartdıraraq, gəncləşməyə çalışır.

Open.az yerli şou-biznesdə əməliyyat olunan xanımların siyahısını təqdim edir:

Xalq artisti Amaliya Pənahova üzünü dartdıraraq, görünüşünü dəyişib.

Xalq artisti Flora Kərimova ilk plastik əməliyyat etdirən məşhurlarımızdandır. O burnunu düzəltdirib və dərisini dartdırıb.

Xalq artisti Məleykə Əsədova dodaqlarını və burnunu əməliyyat etdirib.

Xalq artisti Brilliant Dadaşova burnunu əməliyyat etdirib, dodaqlarını silikonla doldurub.

Xalq artisti Aygün Kazımova - dodaqlarında və burnunda çoxlu sayda əməliyyatlar keçirib.

Xalq artisti Nisə Qasımova üzündə dəyişikliklər edib.

Əməkdar artist Röya Ayxan burnunu kiçildib.

Müğənni Rəqsanə İsmayılovanın da keçirdiyi əməliyyatların sayı az deyil. Müğənni burnu daxil olmaqla, üzündə bir sıra estetik əməliyyatlar etdirib.