Avtomobil qəzasına düşən müğənni Türkan Vəlizadənin səhhəti haqqında xəbər yayılıb.

Hazırda xəstəxanada olan ifaçının səhhəti yaxşılığa doğru gedir. Şou-biznes əhli Türkanın yanına getsə də, meyxanaçı Pərvizin lazım olan dəstəyi duet ortağına göstərmədiyi gündəmdir. Hətta Türkanla birlikdə qəzaya düşən müğənni Zeynəb də bunu təsdiqləyib.

Meyxanaçının bu diqqətsiz yanaşmasından dolayı bir çoxları onun Türkanla işbirliyinə son verdiyi xəbərini yayıb.

Pərviz Bülbülə yayılan xəbərlərlə bağlı Open.az-a danışıb:

“Mən hazırda müalicə alıram, səhhətimdə müəyyən problemlər var idi. Ancaq bu xəbərlər şaiyədir. Özü də mən Türkanın yanına getmişəm, dəstək də olmuşam. İşbirliyimiz davam edir. Əksinə birlikdə konsertlərimiz olacaq. Öncə Rusiyanın paytaxtı Moskvada, daha sonra isə Bakıda birlikdə çıxış edəcəyik”.