Bu gün müxtəlif saytlarda rəqqasə Oksana Rəsulovanın xəstəxanaya yerləşdirilməsi xəbəri yayılıb.

Bilinməyən xəstəlikdən dolayı Türkiyədə xəstəxanaya aparıldığı yazılan rəqqasənin hətta buna görə bəzi çəkilişlərdən imtina etdiyi yazılıb. Rəqqasə yayılan söz-söhbətləri Open.az-a açıqlama verərək yalanlayıb:

"Mən başa düşə bilmirəm, belə xəbərləri kim yayır? Özlərindən necə uydururlarsa, elə də yazırlar. Mən heç kimə heç nə deməmişəm. Bəli, Bakıda deyiləm, amma Türkiyədə də deyiləm. Sadəcə allergiyam var, buna görə müalicə alırdım. İndi isə hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm".