Əməkdar artist Nüşabə Ələsgərli ARB-nin "Səhər-səhər" verilişinin qonağı olub.

Open.az xəbər verir ki, Nüşabə çəkiliş qruppası ilə birlikdə dünyasını dəyişən anasının qəbrinə gedərək, orada ağlayıb:

“Anam 3 ay içində dünyasını dəyişdi. Heç özü inanmırdı ki, ölə bilər. Adamın anası ölməkdənsə, özü ölsün. O tam başqa cür anaydı. Cavan əmimoğlu Vüsal 21 yaşında göldə batıb, dünyasını dəyişib. 52 yaşlı bacım ibadət əhli idi. Bir gün ağlayanda mənə dedi ki, “mənə bax, mamaya şükür elə”. Sonra dedi ki, “Vüsala da bax, mənə şükür elə”.