Bir neçə gün öncə aparıcı Xoşqədəm Hidayətqızı Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişində qiraətçi Nazilə Səfərlini sərt tənqid edib.

Open.az xəbər verir ki, Hidayətqızı Nazilənin qardaşının boşandığı həyat yoldaşı Pərvanə ilə olan münasibətlərinə kəskin münasibət bildirib.

Bundan əsəbiləşən Nazilə sosial şəbəkədə canlı yayım açaraq Xoşqədəmi tənqid edib:

“Sənə niyə zəng edib sözümü demədim, bilirsən? Çünki sən mediadan ötrü ölürsən. Hətta imkanın olsa, ayaqyoluna da media ilə gedərsən. Sənin mənimlə nə problemin var? Sən kimsən? Həddini bil . Qardaşımın keçmiş arvadından mənə nə? Onun adını mənimlə hallandırma. Mən Pərvanəni “priznavat” eləmirəm. O mənə zəng etdi ki, səhər gəl efirdə adını təmizlə, Xoşqədəmin yanında söz ver. Xoşqədəm kimdir? Məni zorla intihara sövq etmə. Vaxtım yoxdur məhkəmə qapılarında sürünməyə. Mənim başıma nəsə gəlsə, sən məsuliyyət daşıyırsan”.