Tanınmış teleaparıcı, bəstəkar- müğənni Murad Arif "Xalq Labaratoriyası" verilişində milli televiziyaları tənqid atəşinə tutub.

Open.az xəbər verir ki, Murad Arif bu günkü Azərbaycan mediasında bayağılığın hökm sürdüyünü diqqətə çatdırıb: "Bizim bu günükü Azərbaycan mediamız bayağılıq, millilik və təbiiliyin sərhədlərini aşıb. "Filan qız səmimi qızıdır, əsl xalqın müğənnisidir" deyib insanları ondan da bezdirmək olmaz. İnsanlara alternativlər göstərmək lazımdır. İnsanlara bluz, caz göstərmək lazımdır. Belə uşaqlar var. Amma o uşaqları küsdürürlər. Onlara deyirlər ki, sən reytinq vermirsən, biz səni efirə çıxara bilmərik. Mənə elə gəlir ki, bu medianın problemidir Əgər sən istənilən janrın istedadlı insanını efirə verə bilmirsənsə deməli problem sənin təqdimatındadır. Sən onun təqdimat formasını işləyə bilmirsən. Deməli sən ancaq lağ-lağı formatlı verilişlərin öhdəsindən gəlirsən. Və bu format da təbii olaraq yerinə oturur , nəticədə həmin həmən bizim o "milli qızlar" "milli oğlanlar" yaranır.

Medianın folklorlaşdığına diqqət çəkən aparıcı, " Mən regionçuluq söhbəti etmirəm. Özüm də kənd uşağıyam. Mən hal- hazırda təfəkkürdən danışıram Paytax təfəkkürü Azərbaycan mediasından qovulub sanki. Beynəlxalq layihələr keçirilir ölkəmizdə. O layihələr efirlərdə göstərirlər. Verilişlərin anonsları gedir. İmic üçün bu qədər işlər görülür sən niyə onu yerə vurursan. Əsas məsələ puldur. Pul keyfiyyət yaradır. Pulun yoxdursa bağlan. Sən hər ay xadimənə maaş verməlisən deyə milyonlarla insanın zövqümü korlanmalıdır? Onlar keyfiyyətsiz Azərbaycan dilimi eşitməlidir efirlərdə? Bayağı musiqilər, kitablarmı görməlidir?" deyib.