ATV-də yayımlanan "Maşın" şounun ilk final gecəsinin canlı efirində texniki problemlər yaranıb.

Open.az xəbər verir ki, problemlərə görə bir saata yaxın efirdə ancaq reklam verilib.

Bununla bağlı şounun aparıcısı Murad Dadaşov sosial şəbəkə vasitəsilə açıqlama verib.

O, problemin həll edilməsi üçün texniki heyətin çalışdığını bildirib: "Əziz "Maşın" şounun izləyiciləri və dəyərli media nümayəndələri, "MGP" ("M Group Production") şirkətindən asılı olmayan və "Azad Azərbaycan" telekanalına bağlı texniki səbəblərə görə bu gün 22:15-də başlayan efirimizdə müəyyən problemlər yaşanıb. Hazırda mütəxəssislər problemi aradan qaldırmağa və şounun yayımını bərpa etməyə çalışırlar. "Maşın"ın final həyəcanı davam edəcək"