Aparıcı Murad Dadaşovun təqdimatında yayımlanan "Xanımlar və cənablar – 2” devizi ilə yayımlanan "Maşın" şou davam edir.

Open.az xəbər verir ki, artıq bu gündən final mərhələsinə start verilib. Şounun finalında reper Uran, müğənni Roza Zərgərli və viner Hüseyn Əzizoğlu mübarizə aparacaq.

Bu andan etibarən şouda final şərtləri qüvvəyə minəcək. Finalçılar günün çox hissəsini maşından ayrılmadan, ayaqüstə, yuxusuz və digər fizioloji tələbatlarını ödəmədən keçirəcək. Bu məqamda yalnız mənən deyil, fiziki cəhətdən də güclü olan şəxs maşına sahib olacaq.