Bu gün “Maşın” şounun 16-cı sürəti, "Xanımlar və cənablar-2"nin 3-cü final gecəsi baş tutacaq.

Open.az xəbər verir ki, ötən gün əlini maşından çəkən reper Urandan sonra yarışmada müğənni Roza Zərgərli və video-bloger Hüseyn Əzizoğlu olmaqla cəmi iki nəfər qalıb.

Lakin artıq bir neçə saatdır sosial şəbəkədə video-bloger Hüseyn Əzizoğlunun yarışmadan getdiyi xəbəri yayılıb.

Beləliklə, Roza "Maşın" şounun 16-cı sürətinin qalibi olub.

Hətta həmkarları ifaçını sosial şəbəkədə təbrik edib. Müğənni isə onların təbrikinə qarşılıq təşəkkür etməklə qalibiyyətini təsdiqləyib.