Müğənni Manaf Ağayev, əməkdar artist Cavanşir Məmmədov ARB telekanalının “Səhər-səhər” verilişində xalq artisti Səməd Səmədovun bostanına daş atıb.

Open.az xəbər verir ki, Manaf və Cavanşir Səməd Səmədovun muğam oxumaq qabiliyyətinin olmadığını onun üzünə deyib. Səsinin muğam oxuyacaq qədər güclü olmadığını qəbul edən Səmədov, muğamı ifa edə bilən şəxslər qarşısında diz çökə biləcəyini vurğulayıb.

Onun bu sözünə isə Cavanşir Məmmədov gülərək cavab verib:

“Onda mən indi muğam oxusam, qarşımda durub diz çökməlisən”.