ATV-nin aparıcısı İlqar Mikayıloğlu (Əliyev) sosial şəbəkədə yazdığı status ilə diqqət çəkib.

Open.az xəbər verir ki, o, ötən gün rəqqasə və aktrisa Oksana Rəsulova barədə yayılan hamiləlik xəbərinə ad çəkmədən münasibət bildirib.

Aparıcı rəqqasəni sərt tənqid və təhqir edib: “Qadın atasız süni mayalanma ilə uşaq dünyaya gətirir. Və ya kiminləsə yatır, adını qoyur ki, süni mayalanma elədim. Hər bir halda uşağın atası naməlumdur. (...) qadın başa düşmür ki, uşaq (...). Və uşağa hamı (...) kimi baxacaq. Bu uşaq olur (...) və ömürlük biabır olur. Hər şey də qadının axmaq və tupoyluğundan irəli gəlir. Uşağa da (...) oğlu (...) və ya (...) qızı (..) deyəndə bu artıq təhqir deyil. (...) ananın məhv etdiyi uşağın reallığıdır”.

Qeyd edək ki, qeyri-etik ifadələr mötərizəylə əvəzlənib.