Tanınmış prodüser Təranə Səmədova cinayət məcəlləsinin 243.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə məhkəmə qarşısına çıxarılacaq.

Open.az xəbər verir ki, fahişəliyə cəlbetmə maddəsi ilə cinayət işi açılan Təranə Səmədovanı keçmiş əri müğənni Kərim Abasov sərt tənqid edib:

"İnsanın bu qədər cinayətləri ola-ola necə efirə çıxıb məndən danışa bilər? Ay xala, bir öz altındakı vannanı görmürsən, niyə məndə iynə axtarırsan? Əvvəlin diplom alverçisi, sonra insan alverçisi, indi də maşın alverçisisən... Alverçi kəlməsini bu qədər dəyərsiz eləmə. Heç olmasa "rent a car"ı pis günə qoyma. Sən hara gedirsənsə, axırda zibili çıxır. O vaxtlar belə bir meyxana var idi (Səni aləm tanıyır, məşhur adam). Sənin kimi məşhur alverçini efirə hansı ağılla dəvət edirlər, başa düşə bilmirəm. Efirə çıxıb məndən olmayan şeyləri danışmaqdansa, balana tərbiyə ver. Onun gözünü kölgəli etmə, əməllərini düzəlt. Belə cinayətləri törədən insan efirdə əxlaq və tərbiyədən danışır. Bu dünya niyə dağılmır görəsən? Şərhlərə bax, gör səndən nə yazırlar. Millət səni yaxşı tanıyır.

Mənə gəldikdə isə, ailəm, övladım, xanımım, atam, anam, qeyrətim və namusum yanımdadır. Mənə görə narahat olma. Amma yenə də sənə pislik arzu etmirəm. Allah balanı saxlasın, sənə ağıl versin".

Keçmiş əri Təranəni yıxıb sürüdü: