Müğənni İzzət Bağırov ötən gün Nizami kino mərkəzində “Ümidlər puç olanda” filminin qala gecəsini keçirib.

Open.az xəbər verir ki, Bağırov ssenaristi olduğu kinonun təqdimat gecəsinə şou-biznesdəki yaxın dostlarını və mətbuat nümayəndələrini dəvət edib.

Uzun müddətdir yaradıcılıq işlərinə ara verib, kinoyla məşğul olan İzzət həm də sözügedən filmin baş rol ifaçısıdır. Kinoda həmçinin əməkdar artist Mehriban Xanlarova və aktrisa Gülşən Hüseynli də çəkilib. Filmin qala gecəsinə isə az sayda insan qatılıb.

Xatırladaq ki, İzzətin ssenarist olaraq özünü sınadığı ilk film "Ayrılıq imiş" olub.

Şou nümayəndələrinin çoxunun qatılmadığı qala gecəsindən fotoları təqdim edirik:

Rəvan Rəd

Foto: Nicat Əlili

İzzət Bağırov

İzzət Bağırov

İzzət Bağırov

İzzət Bağırov

İzzət Bağırov

İzzət Bağırov

İzzət Bağırov

İzzət Bağırov

İzzət Bağırov