Bir müddətdir Bakıda olan müğənni Rəqsanə Nail Naiboğlunun aparıcılıq etdiyi "Stop" verilişinin qonağı olub.

Open.az xəbər verir ki, ifaçı proqramda ailə qurmasının səbəbini açıqlayıb. O, qızlarına görə ərə getməyə məcbur qaldığını etiraf edib:

“Gördüyüm əziyyətə heç bir kişi dözməzdi. Arxamda atam, qardaşım, həyat yoldaşım olmayıb. İndikilərin hərəsini bir kişi saxlayır. Məni saxlayan kişi də olmayıb. Dişimlə, dırnağımla bu yerlərə gəlib çıxmışam.

Elə çətinliklərim olub ki…Anama deyirdim ki, bizim qohumlarımız da qırılıblar? Niyə bizimlə maraqlanan yoxdur? Mən mənəvi dayaq axtarmışam. Təbii ki, hər qadına ailə lazımdır. Durduğum yerdə 35 yaşında ailə qurmadım ki… Övladlarım üçün ailə qurdum. Onların gələcəyi, ərə getməyi var. Hər şeyi balalarım üçün etmişəm. Düşündüm ki, onlara ata lazımdır”.

Əkiz uşağa hamilə olan Rəqsanə bunu həyat yoldaşının istəyi ilə etdiyini dilə gətirib: "Həyat yoldaşımı həddindən artıq istəyirəm. O həm dost, həm həyat yoldaşı, həm də övladlarıma arxa çıxan biridir. Hamilə qalmaqla onun arzusunu yerinə yetirirəm. Ətrafımdakı qeyrəti olmayanlara görə Moskvaya getdim. İndi onların başına mənə etdikləri gəlir".