Müğənni Elnar Xəlilov ARB telekanalının “Səhər - səhər” verilişində ad gününü qeyd edib.

Open.az xəbər verir ki, ifaçı evlənməyə hazırlaşdığını deyib. Verilişin aparıcısı Elgiz Əkbər müğənniyə sual ünvanlayıb:

“Ad günündə kimin yanında olmasını istəyərdin? Yəqin qızının burda olmasını çox istərdin. Mən bilən o, xaricdə yaşayır”.

Elnar isə ona cavabında qızının olmadığını bildirib və gələcək həyat yoldaşından danışıb:

“Bu gün səhər gələcək həyat yoldaşım mənim üzümdəki gülüşə səbəb oldu. Kaş o da indi burda yanımda olaydı. Hələ toyumuz olmayıb deyə, üzə çıxarmaq istəmirəm. Valideyn xeyir duası olmalıdır”.

Qeyd edək ki, ifaçı uşağı 3 aylıq olarkən ilk həyat yoldaşından boşanıb.