Rəqqasə və aktrisa Oksana Rəsulovanın süni mayalanma ilə hamilə olması xəbəri yayılıb.

Open.az xəbər verir ki, bir neçə gündür yayılan məlumata rəqqasə heç bir reaksiya verməyib. Nəhayət Rəsulova sosial şəbəkədə Ramazan bayramı ilə bağlı paylaşım edərək, ona böhtan atıldığını deyib:

“Ayların şahı Ramazan xoş gəlir. Bütün oruc tutub, dua edən insanları təbrik edirəm. Bu ayda əllərimi açıb Allaha yalvaracam: Ya Rəbbim, imansız, dinsiz insanlara, ürəyi daş olub, gözü kor olanlara, böhtan atıb, nəticəsini anlamayanlara, Allahı tanıyıb ona ibadət etməyənlərə, Quranı dərk etməyənlərə, dinimizi qəbul etməyənlərə, qeybət edib öz nəslini, ailəsini, övladlarını fikirləşməyənlərə, kiminsə haqqına girib, haqq yeyənlərə, cadu edib günah qazananlara ibadət ver. Onları düzgün yola çək, ürəklərinə və dillərinə mərhəmət, ağıl, hidayət ver. Heç olmasa bu ay ərzində, əməllərimizi düzəldib, çalışaq günahlarımızı azaldaq".