Bir neçə gündür müğənni Günay İbrahimlinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılması ilə bağlı xəbərlər gündəmi zəbt edib.

Open.az xəbər verir ki, özünü Günay İbrahimlinin sponsoru olaraq tanıdan iş qadını Nuriyyə Əhmədova müğənninin ona 225 min manat borclu olduğunu deyib. Əhmədova Günayın üç ildir bu borca görə ondan qaçdığını bildirib. Nuriyyə Əhmədova müğənninin iş adamı sevgilisinə arxalandığını qeyd edib.

Günay isə sözügedən mövzuya heç bir açıqlama verməyərək, ölkəni tərk edib. İstanbula uçan müğənninin mətbuat katibi də xəbərləri yalanlayıb.

Qeyd edək ki, bu barədə ilk xəbəri criminal.az saytı yayıb.