Müğənni Xatun Əliyeva sosial şəbəkədə rəqqasə Fatimə Fətəliyevanı yalançılıqda günahlandırıb, təhqir etdikdən sonra, qarşı tərəfdən də cavab gəlib.

Open.az xəbər verir ki, rəqqasə adını xəyanətdə ittiham edən Xatunun bu fikirlərini yalanlayıb. Fatimə Xatun ilə arasındakı qalmaqal haqda Open.az-a danışıb:

“Mən uzun illərdir ailəliyəm.Yanımda gözəl qızım və oğlum var. İşim-gücüm də yerindədir. Məni tanıyanlar bilir ki, bu zirvəyə hansı əziyyətlə çatmışam. Elə həddə çatmışam ki, öz evimi öz bağımı ala bilim. Mən onunla ağız-ağıza verə bilmərəm. Ona durub cavab versəm, mənim də səviyyəm aşağı düşəcək. Ətrafım yaxşı bilir ki, mən necə adamam. Mən elə yolun yolçusu olsaydım, bəlkə də mən də kimlərəsə söz atardım. Uzun müddətdir dava-dalaşdan uzaq durmağa çalışıram. Məndən əl çəkin. Ortada tənqid yox təhqir varsa, vəkil tutacam və məhkəməyə müraciət edəcəm. Vəkilim bu işlə lazımi səviyyədə məşğul olacaq. Beləlikə həmin şəxs hüquq müstəvisində mənə cavab verəcək. Artıq mən belə insanlarla söz güləşdirməyəcəm”

Qeyd edək ki, Xatun paylaşımında Fatiməni təhqir edərək, ona “tula itdən mundar” deyib.