Əməkdar artist Cavanşir Məmmədovun şəxsi yanacaqdoldurma məntəqəsinin olması ilə bağlı şaiyə yayılıb.

Open.az-a açıqlama verən müğənni xəbərləri yalanlayıb:

"O gün verilişdə də bu haqda danışmışam. Bir yanacaqdoldurma məntəqəsi var, sahibinin adı mənim oğlumun adıyla eynidir. Hər dəfə hansısa dostum ora gedəndə zəng edir ki, ay Cavanşir denən məndən pul almasınlar. Mən də deyirəm ki, ora mənə aid deyil".