Uzun müddətdir səsi-sorağı gəlməyən əməkdar artist Firuzə İbadova maraqlı açıqlama verib. İfaçı mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxanın ona borclu qaldığını bildirib.

Müğənni bu haqda Open.az-a açıqlama verib :

"Allah hər kəsin öz ruzisini yetirsin. Ötən il o borclara görə mən xeyli çətinlik çəkmişdim. Artıq mən də Orxanın üstünə getmək istəmirəm. O özü də yanımda xəcalətli qalıb".

Qeyd edək ki, Orxanın əməkdar artistə 7 min manat borcu olduğu söylənilir.

Rəvan Rəd