Müğənni Elvin Abdullayev şou-biznesdə yaranan yeni vəziyyətdən gileylənib.

Open.az xəbər verir ki, o, bir çox müğənninin bu gün meyxana tərzində mahnıları ilə gündəmi zəbt etməyə çalışdığını bildirib.

"Dinləyicilərin çoxu meyxana tərzində olan mahnıları sevir. İndi mahnı janrını dinləyən çox az sayda dinləyicimiz qalıb. Hətta bəzən hansısa bir həmkarım yeni mahnı təqdim edəndə bir çoxlarının sevindiyini görürük. Meyxana folklorumuzdur. Amma indikiləri meyxana saymıram. Yeni bir deyim yaranıb: musiqili meyxana. Bu nə olan şeydir? Nizami Rəmzinin yazdıqlarına bənzədilir? Onun meyxanalarında bir tərz var axı... Bu haqda nə qədər danışsaq da kütlə başqa fikirdədir. Ona görə də indi müğənnilərimizin oxuduğu yaxşı mahnılar az dinlənilir. Tünzalə Ağayeva, Elton Hüseynəliyev, Brilliant Dadaşova yeni gözəl mahnılar təqdim edib. Amma nəticə nədir? Hit olmur, dillərdə gəzmir".

Qeyd edək ki,müğənni həm də yeni türk mahnısı olan "Yaradana yalvartma"nı da sevənlərinə təqdim edib. Sözügedən mahnını təqdim edirik: