Bir neçə gündür münasibətləri soyuqlaşan müğənni Elnarə və əməkdar artist Röya Ayxanın qalmaqalı tez bitib.

Open.az xəbər verir ki, Elnarə sosial şəbəkədə bəstəkar Muxtar Abseynovla yazışmasını paylaşıb.

Yazışmada Elnarə həmkarına yeni mahnısında uğurlar diləyərək, əməkdar artisti barışığa səsləyib:

“İnsan təbii ki,sevdiklərinin uğuruna sevinər. Bu linki mənə ilk tələbəm atdı və soruşdu ki, Elnarə xanım bilmirsiniz bu mahnı nə vaxt çıxacaq? Mən də bəstəkarından soruşdum. Özünün nömrəsi 10 ildir məndə olmadığı üçün... Özələ burun soxmağı sevmirəm. O nömrəsini vermirdi, mən də istəmirdim. Nə yaxşı ki, belə bir fürsət yarandı. Hər ikinizi ürəkdən və səmimi qəlbdən təbrik edirəm!”.