tən gündən etibarən sosial şəbəkədə və mətbuatda Elçin Əlibəylinin "Space" telekanalında aparıcılıq etdiyi "El bizim, sirr bizim" verilişindən müğənni Maral Tahirqızını qovması ilə bağlı xəbərlər yayılıb.

Elçin Əlibəyli hələ efirə getməyən veriliş haqqında yazılan xəbərlər barədə Open.az-a açıqlama verib:

"Bu görüntülər efirdə olmayıb, gələn tamaşaçılardan biri çəkib və paylaşıb. Sözügedən veriliş heç montaj da olunmayıb. Ona görə bu haqda açıqlama vermək istəmirəm.

Mətbuatda montaj olunmamış verilişi "Efirdən qovdu" başlığı ilə veriblər. Mən verilişdə çox sərt danışmışam və bilmirəm o məqamı verəcəm ya yox!? Hər halda verilişi gözləmək daha yaxşı olar".

Rəvan Rəd