Xəbər verdiyimiz kimi, əməkdar artist Röya Ayxanın eks qayınatası, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Open.az, məsələ ilə bağlı əməkdar artist Röyayla əlaqə saxlamağa çalışıb. Lakin telefona müğənninin prodüsseri Vüsal Rzayev cavab verib. O, sənətçinin Bakıda olmadığını bildirib:

“Bundan öncə də belə xəbərlər almışdıq. O, Bakıda deyil. Bugün Türkiyədən İtaliyaya uçmalı idi. Sadəcə demək istəyirəm ki, Röya xanım bununla bağlı suallarınızı cavablandırmayacaq”.

Xatırladaq ki, Röya həyat yoldaşı Anar Cəlilovdan 2014-cü ildə boşanıb.