Əməkdar artist Nahidə Orucova ARB telekanalının "Səhər-səhər" verilişinin qonağı olub.

Open.az xəbər verir ki, o, verilişdə qardaşının ölümündən danışıb və ağlayıb. Orucova gənc yaşında qardaşını itirməsinin ağırlığından bəhs edib:

“Mən çox istərdim ki, qardaşım yanımda olsun. O, 25 yaşında dünyasını dəyişdi. Bu mövzu mənim üçün çox həssasdır. Qardaş mövzusu mənim yaralı yerimdir. Kimin nə ədavəti var, gəlsin mənə desin. Kaş, arxam olaydı. Ancaq onun dostu getdi, qardaşımı öldürdü. Məndən 10 yaş kiçik idi deyə, çalışırdım onu qoruyum. Dostu ondan pul istəyib. Həm də ailəvi dostu idi. Qardaşım isə pulu olmadığını deyib.

Dostu qardaşım yatan yerdə, butulkayla başına vurub. Yatan yerdə adama ilan yaxın gəlməz. Gərək insanlığını itirəsən ki, belə iş tutasan. O vaxtı qardaşım təzə ev almışdı. Elə övladı da yeni doğulmuşdu. Qardaşım da təzə evdə tək qalmışdı. Dostu da zəng edib ki, mən axşam sənlə qalacam. Axşam da belə hadisə olub”.